Abşeronda "Mercedes", Bakıda "Opel" qaçırıldı
11 iyun 2020 12:31 (UTC +04:00)

Abşeronda "Mercedes", Bakıda "Opel" qaçırıldı

0

Avtomobil qaçıranlar saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, iyunun 3-də Saray qəsəbəsi ərazisindən qəsəbə sakini A.Hüseynovun “Mercedes” markalı avtomobilini qaçırılıb.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri T.Almazov və əvvəllər məhkum olunmuş Y.Nəcəfov saxlanılıblar.

Digər avtomobil qaçırılma hadisəsi Səbail rayonunda baş verib.

Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini K.Behbudov iyunun 10-da rayon ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Yasamal rayonu ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini E.Gərəkməzli polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1486

Oxşar yazılar